“Ölüxana”ların iqtisadi səmərəsi

Son günlərdə Azərbaycanda bir çox ekspert “ölüxana”dan alınan detalların yaratdığı fəsadlardan danışır. Əlbəttə, burada həqiqət payı var. Lakin, “ölüxana”ların fəaliyyətinə yalnız mənfi qiymət vermək də doğru olmaz.
Avtosfer.az xəbər verir ki, fəaliyyətin düzgün tənzimlənməsindən çox şey asılıdır. Beynəlxalq təcrübə göstərir ki, avtomobillərin detallarının çıxarılıb təmir zamanı (bəzi hallarda hətta avtomobil istehsalında) istifadəsi ciddi iqtisadi faktordur. Bu üsulla ölkələr hər il böyük həcmdə valyutanın kənara çıxmasının qarşısını alır. Normal vəziyyətdə olan detalın təkrar başqa avtomobildə istifadəsi texniki baxımdan problem yaratmır. Təzə detala ödənilməli pul isə ölkədə qalır.
Bundan əlavə, ölkələr detal istehsalına sərf edilən vaxtı və əməyi azaltmağa nail olurlar. Bazar üçün çox sayda detal istehsal etmək əvəzinə müəssisələr diqqətlərini zavodlarla əməkdaşlığa yönəldir.
Lakin bu sahə tam nəzarətsiz buraxıldıqda nəticə ürəkaçan olmur. Bunun ziyanını isə bütün ölkə çəkir. Qəzalı və ya köhnə avtomobilin necə gəldi sökülüb satılmasından həm sürücülər, həm dövlət büdcəsi, həm də ətraf mühit zərər görür.
Bu 3 amilin hər biri ətrafında geniş müzakirələr aparmaq mümkündür. Hər 3 zərəri aradan qaldırmaq üçün məsələnin hüquqi tənzimlənməsi vacibdir.
Vüqar Yaşaroğlu
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










