Onlar dünyada ilkə imza atır - Elektron sürücülük vəsiqəsi

Suomi dünyada elektron sürücülük vəsiqələrinin ümumi istifadə üçün tətbiq ediləcəyi ilk ölkə olacaq. Bu vəsiqələr qanuna müvafiq dəyişiklik edildikdən sonra ənənəvi vəsiqələri əvəzləyəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yayın sonunda Finlandiyada işə salınacaq “Autoilija” pulsuz mobil əlavə plastik kart formasındakı sürücülük vəsiqəsini əvəz edəcək. Bu əlavədə sürücü Finlandiyada qeydiyyata alınmış avtomobil, onun mühərriki, texniki baxış vaxtı, habelə avtomobil üçün vergi barədə faydalı məlumat əldə edəcək. Həmçinin fərdi “xatırlatmalar” nəzərdə tutulur.
Smartfondakı təsvir müxtəlif qoruyucu elementlər və əslini təsdiq edən QR kodu ilə təchiz edilib. Mobil əlavə istifadəçinin olduğu yer haqqında məlumat toplamır və yadda saxlamır.
Elektron vəsiqələrin yoxlanmasına yanvar ayının ikinci yarısından başlanılıb. Məlum olub ki, bu cür mobil əlavədən gələcəkdə istifadə etmək mümkündür. Bundan, həmçinin şəxsiyyət vəsiqəsi kimi, məsələn, poçt bağlamasını qəbul edəndə və ya yaşın təsdiqi üçün istifadə etmək olar. “Trafi” nəqliyyat agentliyi elektron vəsiqələrin ölkədə sürücülər arasında populyarlıq qazanacağını gözləyir. Yayda mobil əlavəni “App Store” və “Google Play” vasitəsilə yükləmək mümkündür.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












