Ötən il qəza törədən şəxs tutuldu - 3 nəfər ölmüşdü

Ötən ilin dekabrın 25-də gecə saatlarında 3 nəfərin ölümü ilə nəticələnən qəzanın baş verməsində təqsirləndirilən şəxs müəyyən olunub və saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, qəza saat 00.30-da İmişli şəhəri, H.Əliyev prospektində baş verib. İmişli sakini, Kərimov Elkin Əli oğlunun idarə etdiyi "VAZ 2107" markalı 10 GV 293 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanan “QAZ 53” markalı 30 BE 153 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər-İmişli rayonu Cəfərli kənd sakini, 1989-cu il təvəllüdlü Əmirov Valeh Əmir oğlu, Otuziki kənd sakini, 1985-ci il təvəllüdlü Cavadov Samir Adəm oğlu və Ağcabədi rayonu Hacıbədəlli kənd sakini, 1992-ci il təvəllüdlü Mürşüdlü Elçibəy Musa oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisində 3 nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən Elçin Kərimov tutulub.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










