Öz avtomobilində yandırılan 24 yaşlı gəncin FOTO və VİDEOsu
Avtoxəbər
9 May 2016 04:21

Hadisəni törədənlərin kimliyi məlum deyil
Bərdədə 24 yaşlı gənc öz avtomobilində yandırılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Piyadalar kəndində, əkin sahəsində baş verib. Yerli sakin Salman Bayramov gecə saatlarında evə gedərkən naməlum şəxs və yaxud şəxslər tərəfindən döyülüb. Başından küt alətlə vurulan gənc huşunu itirib. O daha sonra "VAZ-2107" markalı avtomobilinə qoyularaq yandırılıb. Hadisə baş verən zaman yoldan keçən qonşu kənd sakini dərhal S.Bayramovun yaxınlarına xəbər verib. 24 yaşlı gənc ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində olan gəncin vəziyyəti orta ağırdır.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub : 40984
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
16 Oktyabr 2026 20:57
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
16 Oktyabr 2026 19:30
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
16 Oktyabr 2026 16:48
Elektromobillər tıxacların artmasına səbəb olur?
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
ŞƏRH YAZ


















