Özü boyda yüklə maşın yolunda gəzən piyada - VİDEO

Piyadalar üçün nəzərdə tutulmayan yola özünü atan şəxs sürücülərin qəzəbinə səbəb oldu.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən video Bülbül prospektinin Füzuli küçəsində lentə alınıb. Şikayətçi tərəfindən kameraya düşən görüntülərdən də aydın olduğu kimi yolu tələsərək keçən piyada təhlükəli anlar yaşadıb. Özündən böyük yüklə yolda gəzən piyadanın keçid olmayan, üstəlik avtomobillərin aktiv hərəkət etdiyi ərazidən rahatlıqla keçməsi gözdən qaçmayıb. Xoşbəxtlikdən qayda pozan piyadadan fərqli olaraq sürücülər onun hərəkətinə göz yumaraq yol veriblər.
Təəssüf hissiylə qeyd edək ki, piyadaların keçmələri üçün nəzərdə tutulmayan yollardan istifadə etməsi halları geniş yayılıb. Piyada ölümünün başlıca səbəbi olan qəzaların çoxuna səbəb də elə onların qaydasız şəkildə yoldan keçmə cəhdləri olur. Əlbəttə, bu yola əl atan piyadalar hər sürücünün ehtiyatla davranmadığını gözə alaraq qəzanın qurbanı olmağı nəzərində saxlamağı unutmamalıdır.
Nərmin
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı










