Avtosfer.az | Reklam
Pandemiya dövründə ən çox qaçırılan avtomobil modelləri açıqlandı - SİYAHI
Avtoxəbər 16 Sentyabr 2020 16:03 Oxunub 1602
Pandemiya dövründə ən çox qaçırılan avtomobil modelləri açıqlandı - SİYAHI

Rusiyanın sığorta bazarının əsas iştirakçılarından sayılan "AlfaStraxovaniye" şirkəti koronavirus pandemiyası zamanı ölkədə ən çox qaçırılan avtomobil modellərinin siyahısını tərtib edib. "APA-Economics"in "İzvestiya" qəzetinə istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində Yaponiyanın "Toyota RAV4" krossoveri, ikinci pilləsində isə "Toyota Camry" modeli yer alıb. Belə ki, Rusiyada qeydə alınan bütün avtomobil oğurluq hadisələrinin müvafiq olaraq 14% və 13%-i məhz bu modellərlə bağlıdır.

Siyahının ilk beşliyini Cənubi Koreyanın "Hyundai Solaris", "Hyundai Tucson" və "KIA Sportage" modelləri tamamlayır.

Pandemiya dövründə Rusiyada ən çox qaçırılan avtomobil modelləri: 

#

Avtomobil modeli

Oğurluq hadisələri, %

1

Toyota RAV4

14

2

Toyota Camry

13

3

Hyundai Solaris

5

4

Hyundai Tucson

5

5

KIA Sportage

5

6

KIA Rio

4

7

Hyundai Creta

3

8

KIA Ceed

3

9

KIA Sorento

3

10

Lexus RX300

3

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh