Pedalların yerini səhv salan sürücü çaya düşdü - VİDEO

Pedalların yerini səhv salan sürücü avtomobili çaya aşırdı. Bu görüntülər Çinin Dzyanqsu vilayətində lentə alınıb. Avtosfer.az atv.az-a istinadən bildirir ki, ehtiyatsızlıqdan maşını çayın içinə sürən qadın sürücü ətrafdakıların köməyi ilə son anda xilas edlib. Şəhər polisinin açıqlamasına görə təcrübəsiz sürücü əyləclə sürət pedalının yerini səhv salıb. Bir anda sürətlənən nəqliyyat vasitəsi yaxınlıqdakı maşına çırpıldqdan sonra yol kənarındakı çaya doğru istiqamətlənib. Yaxınlıqdakı restoranın müştəriləri baş verən qəzanın canlı şahidi olublar. Dərhal köməyə qaçan yerli sakinlər çayda boğulma təhlükəsi ilə üzləşən qadını xilas ediblər.
Sakinlərdən biri avtomobilin üzərinə tullanıb və şüşəni sındıraraq qapını açmağa müvəffəq olub. Bundan sonra boğulmaq üzrə olan qadın avtomobildən, daha sonra çaydan çıxarılıb.
Hadisədən bir gün sonra əlaqədar qurumlar ölmək üzrə olan qadını xilas edən sakinlərə şərəf medalı təqdim ediblər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












