Pilotsuz avtobusların istifadəsi 2018-ci ildə başlayacaq - Rusiyada

Rusiyada 2018-ci ildə ilk pilotsuz avtobuslar istifadəyə veriləcək. Avtosfer.az RİA Novosti-yə istinadən xəbər verir ki, pilotsuz avtobuslar biznes-parkların, sərgi və elmi mərkəzlərinin, muzey komplekslərinin və hava limanlarının ərazilərində işə salına bilər.
Rusiyanın "Kamaz" şirkətlər qrupu pilotsuz "Şatl" avtobuslarının şəhər nəqliyyat sistemində istifadəsini nəzərdə tutan konsepsiyanı hazırlayıb. Sənədə əsasən, 12 sərnişinli avtobuslarların istifadəsi ənənəvi çoxyerli sərnişin avtobuslarına alternativ olacaq.
Hazırda pilotsuz nəqliyyat vasitələrinin ümümi ictimai yollarda istifadəsi Rusiya qanunvericiliyinə ziddir. Bu səbəbdən muxtar şəkildə çalışan avtobusların qapalı obyektlərin ərazisində istifadəsi nəzərdən keçirilir.
Konsepsiyaya əsasən, pilotsuz avtobuslar bəzi qapalı turizm zonalarında ekskursiyalar üçün istifadə edilə bilər. Avtobuslar həm də çətin və təhlükəli şəraitdə yüklərin nəqlində əvəzolunmaz vasitə ola bilər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










