Polis Bakıda qızılı rəngli “Mercedes”i saxladı – Xüsusi əməliyyat

Bakıda polis daha bir avtomobil oğurluğu faktını üzə çıxarıb. Avtosfer.az-ın məlumatına görə, mayın 11-də saat 12:20 radələrdində DİN-in “Təhlükəsiz şəhər” xidmətinin, 102 zəng mərkəzinin və Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı düz 5 ay əvvəl qaçırılmış maşın tapılıb. Belə ki, Bakı şəhər sakini Vüqar Vaqif oğlu Babayevə məxsus qızılı rəngli “Mercedes E-220” markalı 10-LA-833 dövlət nömrə nişanlı avtomaşın Səbail rayonu Salyan yolu, 24 ünvanında saxlanılıb. Avtomaşının sahibi Vüqar Babayev bildirib ki, ona məxsus olan avtomaşını ötən il dekabrın 12-də Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində nömrəsiz ünvanın qarşısında saxlayaraq gedib və bir daha tapa bilməyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi açılıb.
Elmin
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












