Polisə tabe olmayan sürücü bir "kruq" vurub özü təslim oldu - VİDEO

Yol polisi əməkdaşları Qubada reyd keçirib. Yoxlamaların məqsədi istirahət zonalarından gələn sərxoş sürücüləri aşkar etmək olub. Reyd zamanı minik avtomobillərindən birinin sürücüsü olan Əli Hacıyev polisin "Saxla" əmrinə tabe olmayaraq qaçıb. Şəhər ərazisindəki dairənin ətrafında bir neçə dəfə dövrə vurduqdan sonra polis əməkdaşlarının dayandığı yerə gələrək maşını saxlayıb. Yoxlama zamanı avtomobilin başqasına məxsus olduğu və sürücünün heç bir sənədinin olmadığı ortaya çıxıb. Bu da azmış kimi sürücü sərxoş halda olub. Sərxoş sürücü çəkiliş qrupunun kamerasına əl atmaqdan da çəkinməyib. Reyd zamanı 52 sürücü barəsində inzibati protokol tərtib olunub.
Sumqayıtda isə Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan mikroavtobuslara qarşı reyd keçirilib.Məqsəd lisenziyasız və müvafiq sənədləri olmadan sərnişin daşıyan mikroavtobus sürücülərini aşkarlamaq olub.Reyd zamanı nəqliyyat vasitəsini sənədsiz sükan arxasına əyləşən 15 sürücü barəsində inzibati protokol tərtib edilib və idarə etdikləri mikroavtobuslar cərimə meydançasına yerləşdirilib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










