Polkovnikin qəzada ölən oğlu avtomobili saatda 150 ilə sürüb – TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu Anar Hüseynov dünən axşam faciəvi şəkildə həlak olub. O, saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində idarə etdiyi “Range Rover”i aşırıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Avtosfer.az xəbər verir ki, mərhumun cənasəzi Bakıya gətirilib, bu gün dəfn ediləcək.
Anar Hüseynov evli olub, Vergilər Nazirliyinin əməkdaşı imiş.
“Qafqazinfo” dünən gecə baş verən məlum faciə ilə bağlı daha bir necə maraqlı detal əldə edib. Belə ki, hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Anar Hüseynov avtomobili yüksək sürətlə idarə edib və 90 dərəcəli bucaq altında olan dairəyə 150 km/saat sürətlə daxil olub. Avtomobil dairədə idarəetmədən çıxıb və aşaraq 100 metr kənara yuvarlanıb. Tam istifadəsiz vəziyyətə düşən “Range Rover”dən sürücünü ölümcül halda çıxarıb xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. O da məlum olub ki, Anar Hüseynovun atası, Azərbaycanda uzun illər polis rəisi vəzifəsində çalışan Möhübbət Hüseynov hazırda xaricdədir və ölkəyə bu gün dönüşü gözlənilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










