Banner

“Zerkalnıy" nömrələrin verilməsinə görə rüsumlar dəyişir - 500 manat bahalaşma

Avtoxəbər 17 Noyabr 2021 16:24 Oxunub 4694
“Zerkalnıy" nömrələrin verilməsinə görə rüsumlar dəyişir - 500 manat bahalaşma
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Avtosfer.az-ın xəbərinə görə, dəyişikliklə avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib. Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh