“Porsche” son model “911”ləri GERİ ÇAĞIRIR - İki fərqli nasazlıq var

Almaniyanın avtomobil istehsalçısı “Porsche” 2023 və 2025 model ili olan eyni adlı “911” idman avtomobillərini iki fərqli səbəbə görə geri çağırır.
Avtosfer.az xəbər verir ki, istehsalçı problemin proqram təminatından və boltların düzgün bərkidilməməsindən qaynaqlandığını açıqlayıb.
İlk geri çağırma, elektron idarəetmə modulunda yaranan proqram səhvinə görə 878 ədəd 2025 “Porsche” “911” modelinə şamil olunur.
Məlum olub ki, 60 km/saatdan aşağı sürətlə faranın yaxın və uzaq işıqlarını yandırdıqda qarşıdan gələn nəqliyyat vasitələri sürücülərinin gözünə düşür. Şirkət bu problemin proqram təminatının yenilənməsi ilə həll olunacağını bildirib.
İkinci geri çağırma isə 2023-cü ildə istehsal olunan “Porsche” “911” modelinin 279 ədədinə aid edilir.
Burada arxa təhlükəsizlik kəmərin taxılan hissəsinin boltlarının düzgün bərkidilməməsidir.
Düzgün bərkidilməyən boltlar zamanla boşala bilər və qəza vaxtı sərnişinlərin təhlükəsizliyinə mənfi təsir göstərər.
Qeyd edilir ki, “Porsche” boltların düzgün bərkidilməməsi problemindən hələ 2023-cü ilin avqustunda xəbərdar olub. Lakin avtomobildə “bolt” probleminin yeganə olduğuna inanan şirkət, sonrakı araşdırmalarda bunun belə olmadığını bilib.
Boltların boşalmasının səbəbinin istehsalat növbəsində işləyən işçilərin səhvi olduğu bildirilib.
Namiq Musayev
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












