Prezident Binədə təmir olunan küçədəki işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib. Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.
Qeyd edək ki, Binə qəsəbəsinin mərkəzindən keçən bu küçə əvvəllər əhalinin və nəqliyyatın gediş-gəlişi üçün olduqca yararsız vəziyyətdə idi. Ensiz küçədə vaxtaşırı tıxaclar yaranır və nəqliyyatın hərəkətində ciddi çətinliklər olurdu. Binə qəsəbəsində iki kilometrdən çox uzunluğu, əvvəllər beş metrə qədər eni olan küçədə əsaslı təmir və yenidənqurma işləri də dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











