Prezident və nazirlərin 200 minlik maşınları üzə çıxdı - FOTOLAR

Cəbhədə baş verən son hərbi toqquşmalardan sonra Ermənistan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanın sahib olduğu müasir silahlarla bağldır. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, Ermənistan cəmiyyəti, erməni ekspertlər ordunun niyə müasir silahlara malik olmadığı barədə ölkə rəhbərliyinə suallar ünvanlayırlar. İşğalçı ordunun bu baxımdan Azərbaycandan geri qaldığı erməni ictimaiyyətində narahatlıq yaradıb. Ermənistan ictimaiyyəti bu qənaətdədir ki, büdcədən ayrılan pullar hərbi məqsədlər üçün effektiv xərclənməyib. Sadə ermənilər düşünürlər ki, müasir silahların alınması məqsədilər məmurlar üçün xidməti avtomobillərin alınması, onların ezamiyyət xərcləri və digər lüzümsuz xərclər azaldılmalıdır. Son hərbi əməliyyatlardan sonra Ermənistan cəmiyyətində hakimiyyətə qarşı çıxışlar artıb.
Qeyd edək ki, ölkə prezidenti Serj Sarkisyan da bu yaxınlarda Almaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Ermənistanın silahlarının 80-ci illərdən qaldığını etiraf etmişdi.
Sarkisyan Azərbaycan ordusunun daha güclü olduğunu etiraf edərək, "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi" deyib. Daha sonra Ermənistan rəhbərliyi Rusiya və İsrailə Azərbaycana silah satdığına görə etirazını bildirmişdi.
Ermənstanda çıxan "Hraparak" qəzeti Serj Sarkisyanı və onun komandasını “vurub”. Qəzet ölkə rəhbərliyinin müharibə haqqında söylədiyi "bizimki 80-ci illərdən qalma silahlardır, Azərbaycan Ordusunda isə son modern silahlardır” sözlərinə cavab olaraq Sarkisyan və onun məmur komandasının mindiyi bahalı, modern avtomobillərin fotolarınə dərc edib. Sual olunub ki, “bəs niyə hakim partiya üzvlərinin xidməti və şəxsi maşınları 80-ci illərin maşınları deyil? Niyə onların maşınlarının hər birinin qiyməti 100-200 min dollardır?”.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var












