Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, İran gələcəkdə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər.
Bu barədə o, “RİA Novosti”yə müsahibəsində bildirib.
“İran da regional güc, regional ölkə olaraq sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bu səbəbdən İranın da Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi prosesində iştirak etmək hüququ var.
Bəlkə, gələcəkdə bu proses çərçivəsində bəzi mexanizmlər, təmas qrupları olacaq. İran da münaqişənin həlli prosesinə öz töhfəsini verə bilər”, - deyə o qeyd edib.
Prezident köməkçisi İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçının Bakıya səfəri ilə bağlı da danışıb.
Onun sözlərinə görə, səfər səmərəli olub:
“Biz gündəlikdə olan bütün ikitərəfli məsələləri, eyni zamanda, (Qarabağla bağlı - red.) münaqişəsinin həllini müzakirə etdik. İran da sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.
İranın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və dəstəkləyəcəyini yüksək qiymətləndiririk”.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










