Prezidentin yeni limuzininin qiyməti məlum oldu - FOTO

Rusiya prezidenti Vladimir Putini daşıyacaq “Kortej” layihəsi əsasında hazırlanan avtomobilin pərakəndə satış qiyməti 6-7 milyon rubldan (təxmini 200 min manat) başlayacaq. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rus “limuzinin” satış qiyməti Premium sinfindən olan “Mercedes S-klass” və digər avtomobillərin qiymətindən 15 faiz çıxmaqla, başlanğıc qiyməti müəyyən edilib. Rus “limuzini” hazırlayan “NAMİ” avtomobil nəzəriyyəsi və texnologiyaları üzrə tədqiqat institutu fevralın sonu - martın əvvəlinə kimi Federal Mühafizə Xidmətinə 16 avtomobil təqdim edəcək.
“Kortej” layihəsində dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobil ailəsinin (limuzin, sedan və miniven) yaradılması nəzərdə tutulur. Layihənin istehsalat tərəfdaşı qismində Vadim Şvetsovun “Sollers” şirkəti çıxış edir. Layihə büdcəsinə 12.4 milyard rubl investisiya qoyulub. SSRİ-nin süqutundan sonra Rusiyada prezident üçün ilk yerli limuzinin istehsal olunacağı xəbəri təxminən beş il əvvəl məlum olub. Dizaynerlərin planına görə, avtomobil 800 at gücü olan mühərriklə təchiz olunacaq. Zirehli maşının çəkisinin altı tona yaxın olacağı bildirilir. Məlum olub ki, “Kortej”in güc aqreqatlarının dizaynına “Porsche” şirkətinin mühəndis bölməsindən ekspertlər cəlb olunub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












