Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri - VİDEO

Bu gün paytaxtda demək olar ki, addımbaşı çoxmərtəbəli yaşayış binalarına rast gəlmək mümkündür. Bu binalarda yaşayan vətəndaşların əksəriyyəti ya "plug-in" hibrid, ya da elektrikli avtomobillərdən istifadə edirlər.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, həmin binaların həyətlərində enerjidoldurma məntəqələrinin olmaması səbəbindən sürücülər ya ictimai şarj məntəqələrindən istifadə edir, ya da xərclərə qənaət etmək məqsədilə yaşadıqları mənzildən aşağı kabel sallayaraq avtomobillərini enerji ilə yüklənməyə qoyurlar. Bu cür hallar isə bədbəxt hadisələrin başvermə riskini artırır.
Mütəxəssislər bildirirlər ki, avtomobili yaşadığınız binada təhlükəsiz şəkildə enerji ilə doldurmaq üçün mütləq əlavə və standartlara uyğun elektrik xətti çəkilməlidir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, bu sahədə Dövlət Proqramına uyğun sistemli addımlar atılmalıdır:
"Dövlət Proqramında nəzərdə tutulan şəbəkə bütün ərazilərdə mütləq qurulmalıdır. Əks halda, bu binalarda mövcud vəziyyət davam edəcək. Təəssüf ki, bəzi insanlar baş verən yanğın hadisələrindən nəticə çıxarmır və növbəti gün yenə də eyni qaydada avtomobillərini şarj edirlər. Bu isə məsuliyyətsizlikdir. Problemin həlli üçün ya daha sərt qanunvericilik tədbirləri tətbiq olunmalı, ya da vətəndaşlar üçün təhlükəsiz və əlçatan şərait yaradılaraq onlar düzgün istiqamətə yönləndirilməlidirlər".
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI












