Qaçırılan “Niva” təmir sexində tapıldı - 200 manata...

Noyabrın 3-nə keçən gecə Yevlax Rayon Polis Şöbəsinə müraciət edən İmişli rayon sakini Abbas Abışlı “Niva” markalı avtomobilinin şəhər ərazisindən qaçırılması barədə məlumat verib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobilin avtotəmir sexlərindən birində olmasını müəyyən ediblər. Salahlı kənd sakini Əkbər İsmayılova məxsus sexə baxış zamanı “Niva” markalı avtomobil ban nömrəsi dəyişdirilmiş vəziyyətdə orada aşkar edilib.
Ə.İsmayılov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla avtomobilin Qazax rayon sakini olan şəxs tərəfindən qaçırılması və 200 manat müqabilində nəqliyyat vasitəsinin ban nömrəsini dəyişdirməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












