Qadağa bitdi, xəbərdarlıq gəldi - 150 manat

1 May tarixindən etibarən respublika ərazisində avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə verilib. Standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edən sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilir: "2013-cü ilin aprel ayında vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır".
Şöbə rəisi əlavə edib ki, avtomobillərdə yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə icazə verilir: "Bəzi sürücülər standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edirlər. Bir daha deyirəm ki, icazə, yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə verilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir ki, kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi qadağandır. Yol polisləri tərəfindən belə qayda pozuntuları aşkar edildiyi halda, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən 150 manat məbləğində cərimələnəcək".
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










