Qadın sürücü sənədsiz sürdüyü avtomobillə piyadanın üstündən keçdi -Bakıda

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1973-cü il təvəllüdlü Manafova Pərvin Əli qızı idarə etdiyi "Baic" markalı, 90 AU 871 dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində 1952-ci il təvəllüdlü Rövşən Qasımovun üstündən keçib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb və oktyabrın 8-də o, xəstəxanada vəfat edib. 3 İlkin araşdırma zamanı P.Manafovanın idarə etdiyi avtomobilin Murtuza Muxtarov küçəsində qeydiyyatda olan MMC-yə məxsus olduğu müəyyən edilib.
Bəlli olub ki, P.Manafovanın sürücülük vəsiqəsi yoxdur və heç bir sənəd olmadan nəqliyyat vasitəsini idarə edirmiş. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










