Qadın sürücünün səhvi 3 avtomobilin toqquşmasına səbəb oldu - VİDEO

Bakıda 31 yaşlı qadın sürücünün yol hərəkəti qaydasını pozması üç avtomobilin toqquşması ilə nəticələnib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə baş verib. Belə ki, Əliyeva Günay Füzuli qızı idarə etdiyi "Hyundai" markalı avtomobillə yol nişanının "Yol verin" tələbini pozaraq dairədə hərəkəti davam etdirmək istəyib. Bu zaman dairədə hərəkətdə olan "Mercedes" markalı digər maşın "Hyundai" markalı minik avtomobilinə, o da "Nissan" markalı digər avtomaşına çırpılıb. Nəticədə G.Əliyeva xəsarət alıb. O, "Təcili yardım maşını" ilə xəstəxanaya aparılıb. "Mercedes" markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Hadisənin törədilməsinə səbəb kimi qadın sürücünün yol hərəkəti qaydasını pozması göstərilib.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












