Qadının taksidə sancısı tutdu: Sürücü çarəsiz qaldı... - VİDEO

Sürücü taksidə sancısı tutan qadının uşaq dünyaya gətirməsinə kömək edib, sonra onları xəstəxanaya aparıb. Hadisə Rusiya paytaxtında baş verib.
Məlumata görə, Sunatullo Mirzoyev səhər saat dörd radələrində sifarişi yerinə yetirmək üçün ünvana gəlib. Sərnişinin hamilə olduğunu görən sürücü onunu əyləşməsinə kömək təklif etsə də qadın imtina edib. Bundan sonra Mirzoyev sükan arxasına keçib. Ancaq yola düşmək istəyərkən qadın qışqıraraq doğuş sancısı gəldiyini deyib. Çarəsiz qalan sürücü doğuşu özü qəbul etməli olub.
“Uşağın başını tutmuşdum, o da tutmuşdu. Mən də qışqırırdım, o da. Sonra körpəni qadının qarnına qoydum, pencəyimi üstlərinə örtdüm”, - deyə Mirzoyev həyəcanlı halda olanları danışıb.
Taksi sürücüsü qadını xəstəxanaya qədər müşayiət edib, müəssisənin içərisində də kömək edib.
Məlumata görə qadın və körpəsinin vəziyyəti yaxşıdır. Qızın çəkisi üç kiloqramdır.
Körpənin valideynləri Sunatullo Mirzoyevi xaç atası etmək qərarına gəliblər, o, bu təklifi məmnuniyyətlə qəbul edib.
Mənbə: “Shot” “Telegram” kanalı
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










