"Qadınlar axmaq olduqları üçün avtomobil sürə bilmir" - DİNDAR

Qadınların axmaq olduqları üçün avtomobil sürə bilməyəcəklərini söyləyən Səudiyyə Ərəbistanlı dindar Saad al Hajariyə qarşı sərt reaksiyalar davam etməkdədir. Avtosfer.az A24.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Saad al Hajari adlı dindar verdiyi açıqlama zamanı söylədiyi sözlərdən dolayı ona bundan sonra xütbə söyləmək qadağan olunub. Qadınlar axmaq olduqları üçün avtomobil sürə bilməyəcəklərini deyən ərəb dindar bununla kifayətlənməyib və üstəlik onların yarım beyinlə doğulduqlarını bildirib. Cinsi ayrı-seçkilik yaradan danışığı ilə “hətta alış-veriş etməyə başladıqdan sonra qadınların yarımçıq olan beyinləri daha da kiçilir” deyə ərəb dindar sözlərinə əlavə edib. “BBC Türkcə”də yer alan xəbərə görə, “xütbənin videosu” yazılandan sonra Hajarinin dini rəhbərlik etdiyi bölgənin bələdiyyəsinə həmin din adamının “xütbə oxuması qadağandır” çağırışı edilib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyada qadınların sərbəst avtomobil sürə bilmədiyi yeganə ölkədir. Əgər ölkədə qadınlar avtomobil sürən zaman yaxalanarsa, həbs olunurlar.

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












