Reklam

Qadınlar maşından daha faydalı istifadə edir – TƏDQİQAT 

Avtoxəbər 17 May 2024 14:00 Oxunub 420
Qadınlar maşından daha faydalı istifadə edir – TƏDQİQAT 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu səhnəyə hər gün rast gəlirik: ər və arvad avtomobildə isə, əksər hallarda maşını kişi sürür. Bəs səbəb nədir?

Avtosfer.az xəbər verir ki, məsələni avropalı psixoloqlar araşdırıb. Səbəb çox sadədir: ənənə. Əksər hallarda kişi düşünür ki, ailəni idarə etdiyi kimi avtomobili də idarə etməlidir. Rəy sorğuları da göstərir ki, ər və arvad maşında ikən maşını 80% halda kişi idarə edir. Qadının nə vaxt, daha doğrusu yolun hansı hissəsində maşın sürəcəyinə də ər qərar verir. Özü də Avropanın tən ortasında.


Tədqiqatçıların ortaya çıxardığı daha bir fakt Azərbaycanla eynidir: qadınlar adətən qısa məsafəyə və faydalı iş üçün maşın sürürlər. Onlar sükan arxasına adətən şəhərdə uşaqları dərsə aparmağa və ya dükan-bazara qaçmaq üçün keçirlər. Uzaq yolda isə sükan bir qayda olaraq kişinin ixtiyarında olur. 
Psixoloqların ortaya çıxardığı daha maraqlı fakt isə budur: avropalı kişilər düşünürlər ki, qadınlar maşın sürəndə daha çox səhvə yol verir və daha çox qəza törədirlər. Bu yanaşmaya görə orta statistik alman və ya fransız kişisi azərbaycanlıdan çox da fərqlənmir. Lakin statistika başqa şey deyir: əksər Avropa ölkələrində qadın və kişi sürücülərin nisbətində ciddi fərq yoxdur. Amma nədənsə ölümlə nəticələnən qəzaların 80%-dən çoxunu kişilər törədir. Qadın piyadalar arasında da zərərçəkənlərin sayı kişilərdən azdır. Bütün hallarda bunun səbəbi zərif cinsin nümayəndələrinin daha ehtiyatlı davranması, az risk etməsidir.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh