Qaranlıq küçədə piyada can verdi - FOTOLAR (18+)

Bərdədə piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə axşam saatlarında Bərdə-Tərtər yolunun 1-ci km də qeydə alınıb. Bərdə rayon sakini Pənah Bayramov idarə etdiyi VAZ-21103 markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyadanın başı avtomobilin ön hisəsinə çırpılıb. Aldığı zərbədən o elə hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun üzərindən çıxan kitabça
55 yaşlı Pənah Bayramov qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşa da, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Meyit isə müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. 
Ölən şəxsin kimliyi hələlik məlum deyil
İlkin ehtimala görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs içkili olub. Hələlik onun şəxsiyyəti məlum deyil. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölənin kimliyini müəyyənləşdirməyə çalışır. Faktla bağlı Bərdə rayon polisində araşdırma aparılır. 
Qəzanı törədən avtomobil
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












