Qayda pozan sürücülərə şad xəbər; cəriməni ödəmək üçün 6 ay güzəşt - VİDEO

Əksər sürücünün xəbəri olmasa da inzibati xətaya görə ödənişlərə verilən möhlət köhnə məcəllədə 3 ay idi. Martın 1-dən qüvvəyə minmiş yeni inzibati xətalar məcəlləsində isə bu müddət 6 aya qədər artırılıb. Məcəllənin 143.2 maddəsinə görə maddi vəziyyəti aşağı olanlar bu hüquqdan yararlana bilər. Bunun üçün cəriməni tətbiq edən səlahiyyətli şəxsə müraciət etmək lazımdır. Möhlət verilməsi və yaxud müddətin təyin edilməsi inzibati xətanı tətbiq edən vəzifəli şəxsin hüququdur. Bununla bağlı müraciət ərizə formasında olmalıdır. Əgər vəzifəli şəxsin qərarı cərimə olunanı qane etməsə bu qərardan məhkəməyə müraciət etməyə icazə verilir. Möhlət verildiyi müddətdə heç bir ödəniş edilməyə bilər. Müddət bitdikdən sonra ödəniş tam edilməlidir. Təcrübədə isə cərimələnən şəxslərin bu hüquqlardan istifadə etməsinə nadir hallarda rast gəlinir. Mütəxəssislə bunu məlumtsızlıqla əlaqləndirir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












