Qazla işləyən maşınların sayı artır - Qiyməti neçəyədir? - VİDEO

Son illər ölkəmizdə avtomobillərə quraşdırılan qaz avadanlıqına maraq artıb. Avtosfer.az-ın məlumatına görə, avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir. Bu işlə məşqul olan şəxslər bildirir ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər. Ancaq bunun dizel mühərrikli maşınlara quraşdırılması mümkün deyil. 4 silindirili avtomobillərə qaz avadanlığının quraşdırılmasının qiyməti 1500, 6 silindirli maşınlara 1800, 8 silindirli avtomobillərə isə 2200 manatdır. Bu zaman bütün avadanlıq şirkət tərəfindən təmin edilir və müştəriyə 1 il zəmanət verilir.
Qazla işləyən maşınlarda sərfiyyat benzinə nisbətən artıq olsa da, qazın qiymətinin 40 qəpik olması yanacağa çəkilən xərci qat-qar aşağı salır.
Qaz avadanlığı quraşdırılan maşının salonuna kiçik bir qurğu da qoyulur ki, buradan maşında nə qədər qazın oldugunu, mühərrikin qaz, yoxsa benzinlə işlədiyini görmək olur. Avtomobilə quraşdırılan ''qaz beyni'' isə təhlükə anında partlama və yanmanın qarşısını alır.
Qaz avandlıqlarını quraşdıran şirkət mütləq müştəriyə həm qaz avadanlığı quraşdırmaq üçün ona verilən sertfikatın surətini, həm də avtomobilə quraşdırılan avadanlığın rəsmi sertifikatını təqdim etməlidir. Bu sənədlərlə yol polisinə yaxınlaşıb maşının texniki pasportunda da müvafiq dəyişiklikləri qeyd etdirmək lazımdır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












