Qəza törədən sərxoş sürücü «Qarabağ əliliyəm» dedi, görün nələr oldu

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, «OKA» markalı, 10 LD 137 dövlət nömrə nişanlı avtomobil S.S.Axundov küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən Azadlıq prospektində hərəkət edən avtomobillə toqquşub. Sürücü Azadlıq prospektinə çıxarkən «Stop» nişanının tələbinə əməl etməyərək əsas yola çıxıb və hərəkətdə olan «Toyota Carolla» markalı avtomobilə çırpılıb. Qəzadan sonra maşını hadisə yerində qoyub qaçan sürücünü sonradan polislər ağacların arasından tapıblar. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü sərxoş vəziyyətdə olub və hadisə yerindən qaçaraq Miqrasiya Xidmətinin yaxınlığındakı ağacların arasında gizlənib. Qəzada zərər çəkən sürücü isə hadisə yerinə yol polislərini dəvət edib. Bundan sonra polis əməkdaşları qəzaya səbəb olan sürücünü ağacların arasından çıxararaq hadisə yerinə gətiriblər. İlkin araşdırma zamanı məlub olub ki, bu şəxsin sürücülük vəsiqəsi yoxdur. Özünü Qarabağ əlili kimi təqdim edən şəxs sonradan etiraf edib ki, əlillərə verilən «OKA» onun yox, həqiqi əlil olan qardaşınındır. Amma o da hərdən bu avtomobili idarə edir. Özünün də Qarabağ əlili olduğunu desə də, polislər onu idarəyə aparıblar və burada toplanmış materiallar məhkəməyə göndərilib.
Qeyd edək ki, qanunvericiliyə görə, sərxoş vəziyyətdə qəza törədən şəxsi ağır cəza gözləyir. Hələ bu hadisəni sürücülük vəsiqəsi olmayan şəxs törədirsə vəziyyət daha ağır ola bilər. Onu bir aya qədər inzibati həbs və 500 manat cərimə gözləyir.
Emin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










