Qəza törədən sürücü yaralı halda hadisə yerindən qaçdı - FOTO

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. Belə ki, 3 minik maşınının və 1 motosikletin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda ərazidə olan DYP əməkdaşları qəzanın başvermə səbəbini araşdırır. Yaralılar xəstəxanaya aparılıb. Qəzanda xəsarər alanlardan ikisinin kimliyi məlum olub. Onlar "Mercedes" markalı avtomobildə olan 1978-ci il təvəllüdlü Abbasov Ceyhun Əkbər oğlu və motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Alim Novruz oğludur. İlkin məlumata əsasən, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını motosikletə, daha sonra isə "Mercedes" markalı iki avtomobilə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili ərazidə tərk edərək, hadisə yerindən yaralı halda uzaqlaşıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur

















