Qəzalar ən çox bu yollarda baş verir - DİQQƏT-SİYAHI

Avtoxəbər 9 Mart 2016 15:08 Oxunub 5135
Qəzalar ən çox bu yollarda baş verir - DİQQƏT-SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu rayonlarda bayram günlərində qəzalar 10 dəfə artır

Bayram günlərində bölgələrə üz tutanların sayının artması avtomobil qəzalarını da çoxaldır. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, sığorta eksperləri bildirirlər ki, bayramı evində və ya istirahət mərkəzində qeyd etmək istəyənlər ölkənin əsas yollarında hərəkətin sıxlığını xeyli artırırlar. Bu da avtomobil qəzalarının artımı ilə nəticələnir. Amma bəzi ərazilər qəza baxımından daha təhlükəlidir.

Bu rayonlarda bayram günlərində qəzalar 10 dəfə artır

Sığorta eksperti İlkin İbrahimov bildirir ki, Qax, Qəbələ, Şamaxı, Quba və Xaçmaz rayonlarının mərkəzi küçələrində avtomobil qəzaları ilə bağlı sığorta hadisələrinin sayı yüksək olur: «Şəhərlərdə mərkəzi hissələrdəki yollar adətən dar olur. Bayram günlərində bölgələrdə qonaqların çox olması, hərəkətin intensivliyinin artması, sürücülərin belə vəziyyətə uyğunlaşmaması qəzaları 10 dəfə artırır.Məsələn, adi qaydada 2 gündə bir qəza olan rayonlarda bayram günlərində, gün ərzində 2-5 qəza olur».

İlisuda qəzalar hotellərin qarşısında olur

Bayram günlərində evlərinə üz tutunlarla yanaşı, milli adət-ənənələrə maraq göstərən turistlər bölgələrə səfər edirlər. Nəticədə turizm obyektlərində də qəzalar çox olur. Məsələn Qax rayonunun İlisu kəndində ən çox qəzalar hotellərin ətrafında baş verir: «Ya avtomobil çox olduğuna görə qəza baş verir, ya da turistlər sərxoş olduğu üçün qəza törədirlər».Həftədə cəmi 1 dəfə qəza olan turistik bölgədə bayram günlərində minimum 2 avtomobil qəzası baş verir.

Ələt-Astara yolunun bu hissəsində qəzalar çox olur

Sığorta ekspertləri bayram günlərində, xüsusilə də Novruz bayramı ərəfəsində Bakı-Qazax, Ələt-Astara, Bakı-Quba yollarında hərətin sıxlığı artdığını deyirlər. “Xalq Sığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Aqşin Yusifzadə bildirib ki, bayram günlərində daha çox qəzalara Ələt-Astara yolunun Biləsuvarda Astaraya qədər olan hissəsində daha çox rast gəlinir: “Belə ki, magistral yolun bu hissəsi xeyli dardır və təmirsizdir. Yolda avtomobil sıxlığının artması qəzaları qaçılmaz edir. Məsələn, adi vaxtlarda 2 gündə bir qəza olursa, bayram günlərində hər gün 2-3 hadisə baş verir”.

Bakı-Şamaxı yolunda “duman qəzaları”

Qəza ekspertləri qəzaların çox olduğu ərazilərdən biri kimi Bakı-Şamaxı yolunu da misal göstərirlər. Ekspertlərin sözlərinə görə, yolun dumanlı olması bayram günlərində qəzaların sayını daha da artırır. Belə ki, sürücülərin düzgün ara məsafəsi saxlamaması son anda qəzadan yayınmağa imkan vermir: «Ya toqquşma baş verir, ya da avtomobil dərədən aşır». Əksər hallarda belə qəzalar zamanı avtomobillərə 2 min manat qədər ziyan dəyir, aşma və zəncirvari qəzalar zamanı dəyən ziyan hıtta 10 min manatdan çox olur.

Sabirabadda Heydər Əliyev prospektində qəzalar çox olur

Qəza eksperti Qismət Əsədov bayram günlərində Sabirabadda qəzaların artdığını deyir. Onun sözlərinə görə, şəhərin mərkəzi hissələrində, daha dəqiq desək, Heydər Əliyev prospektində avtomobil qəzaları artır.Qəza eksperti hesab edir ki, bu hərəkət sıxlığının artması ilə bağlıdır: «Bakıda işləyib bayram günlərində öz avtomobiliylə geri qayıdanlar çox olur.Hesab edirəm ki, əsas səbəb elə budur».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh