Qəzaya baxmağa dayanan sürücüyə görə 6 maşın toqquşdu - FOTOLAR

Sumqayıt yolunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib. Məlumata görə, “QAZ 31”, “VAZ 2107”, “QAZ 24” markalı minik avtomobilləri, iki “KamAZ” və “İsuzu” markalı yük avtomobilləri toqquşub. İlkin məlumata görə, hadisə yük maşınlarından birinin aşmış “Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb. Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir. Qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.





Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA













