Qışa hazırlıq: Soyuq havalarda bunu etməyin - SÜRÜCÜLƏR, OXUSUN

Yağışlı-qarlı hava avtomobil idarə edən sürücülər üçün bəzi çətinliklər yaradır. Belə ki, avtomobili kimi soyuq havaya hazır olmayan bəzi sürücülər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur.
Avtomobil ustası Əli Sultanov Metbuat.az-a açıqlamasında avtomobillərin qışa hazırlığı ilə bağlı sürüclərə bəzi məsləhətlər verib. “Soyuq havalarda əsas avtombilin soyutma sistemidir – antifriz. Şaxtalı havalarda şüşətəmizləyici suyun içərisinə donmayan maye əlavə etmək lazımdır. Əksər sürücülər şüşənin suyuna bu mayedən əlavə etməyi unudur. Unutmamaq məsləhətdir. Soyuq, qarlı havada axşam maşını saxlayan zaman əl əyləcindən istifadə etmək olmaz. Çünki əl əyləcini çəkən zaman detallar sıxılır. Səhər onu buraxan zaman əyləcin salonda olan hissəsi yerinə qayıtsa da, daxildəki qurğular qayıtmır. Nəticədə əyləc sistemi kilidlənir.
Səhər avtomobilə minən zaman şüşəsilən qurğulara diqqət etmək lazımdır. Soyuq havalarda onlar avtomobilin şüşəsinə yapışır. Bu isə şüşəsilənin kiçik mühərrikini yandırır. Yağıntılı havada avtomobil sürüşməsin deyə avtomobilin təkərləri yaxşı olmalıdır. Bu səbəblə, qarlı havada sürücülərə qış təkərlərindən istifadə məsləhət görülür”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












