Qışda maşının mühərrikini QIZDIRMAYIN!

Avtomobil eksperti Ceyson Fenske qışda maşını qızdırmağın zərərini açıqlayıb. Avtosfer.az-ın faktxeber-ə istinadən məlumatına görə, o, bu ideyalarını özünün NouTube kanalı olan Engineering Explained-də izah edib. Fenske bildirir ki, avtomobillərin əksəriyytəi injektor sistemi ilə təchiz olunub. Bu da asta sürmə zamanı mühərriyin təhlükəsiz qızdırılmasına kömək edir. İnjektor sistemi sıfırdan aşağı temperaturlarla başa çıxa bilir. Bu da onu ötən əsrdə istifadə olunan karbüratorlardan fərqləndirir, hansı ki, qışda onları startdan əvvəl bir müddət qızdırmaq lazım idi. Bundan başqa, maşın hərəkətsiz dayanmaya nisbətdə gedərkən daha tez qızır. Fenske iddia edir ki, hərəkət halı olmadan mühərriyin qızdırılması zamanı benzin maşın yağına qarışa, beləliklə də mühərriyin aşınmasını sürətləndirə bilər. Qeyd edək ki, bundan əvvəl də ekspertlər müasir maşınların qışda yola düşməzdən əvvəl qızdırılmasının əleyhinə çıxış etmişdilər. Bildirilirdi ki, maşını nə qədər çox qızdırırıqsa, boş yerə bir o qədər də çox yanacaq sərf edirik. Eksperimentlər zamanı aydın olub ki, 5 dəqiqəlik qızdırılma yanacağın sərf edilməsini 7-14%, 10 dəqiqəlik qızdırılma isə 12-19% artırır. Mühərrikin həcmi böyük olduqca yanacağın boş yerə israfı da artır. Əlavə xərclərdən başqa, maşının qızdırılması həmçinin atmosferə zərərli tullantıların atılmasını artırır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












