Qız qaçırtmağa getdilər, qızın nənəsini maşınla vurub öldürdülər - VİDEO - FOTO

Avtoxəbər 15 Sentyabr 2021 13:09 Oxunub 10150
Qız qaçırtmağa getdilər, qızın nənəsini maşınla vurub öldürdülər  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda qızqaçırma hadisəsi ölümlə nəticələnib. APA yerli sakinlərə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Algeti kəndidə baş verib. Məlumata görə, bir qrup şəxs anası ilə birlikdə yaşadığı evə qayıdan 23 yaşlı qızı zorla avtomobilə mindirərək qaçırmağa çalışıb, lakin ailə üzvlərinin müqaviməti ilə üzləşib. Sürətlə hadisə yerindən uzaqlaşmağa çalışan şəxslərin olduğu avtomobillərdən biri qəza törədərək qızın nənəsi Ceyran Ömərovanı vurub. Yaşlı qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qızın anasının və qonşusunun da hadisə zamanı xəsarət aldığı bildirilir.

Faktla əlaqədar polis araşdırmalara başlayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxslərin Rustavi şəhərində saxlanıldığı və dindirilməsi üçün polis bölməsinə aparıldığı bildirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh