Qızıl maşınlı ərəb şahzadə danışdı: "Burada nə var ki?!" – FOTO

Gənc şahzadə qızıl örtüklü avtomobillərlə yanaşı, iki özəl reaktiv təyyarəyə, 3 helikopterə, dünyanın müxtəlif ölkələrində onlarla villaya malikdir. "Yaxşı, gözəl avtomobilləri çox sevirəm. Londona yollananda da maşınlarımı özümlə apardım. İmkanım varsa, bunu edirəm və qəribə də heç nə görmürəm. Hay-küyün səbəbini də anlamıram". Səudiyyə Ərəbistanının kral ailəsinin mənsubu, gənc şahzadə Turki bin Abdulla belə deyib. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az daily mail-ə istinadən bildirir ki, gənc səudi şahzadənin Londona yollanarkən özü ilə Mercedes G63, Bentley Flying Spur, Rolls-Royce Phantom Coupe və Lamborghini Aventador SV avtomobillərini aparması Britaniya mediasında geniş müzakirə olunur. Qızılı təbəqə ilə örtülmüş bu superlüks avtomobillərin ümumi dəyəri 1,4 milyon dollardır.
Milyarder Turki bin Abdulla Londonun Meyfeyr səmtində, Kensinqton küçəsindəki beşulduzlu "Mandarin Oriental" otelində qalır. Turki bin Abdulla Londonla bahəm, Parisdə də istirahət etməyi çox sevir və hər səfərinə də özü ilə avtomobillərinin bəzilərini aparır.Gənc şahzadə qızıl örtüklü avtomobillərlə yanaşı, iki özəl reaktiv təyyarəyə, 3 helikopterə, dünyanın müxtəlif ölkələrində onlarla villaya malikdir.
O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki villasında bəbir, aslan və puma da saxlayır.
Turki bin Abdulla səyahətləri zamanı avtomobilləri ya öz təyyarələri ilə, ya da Qatar Airways aviaşirkətinin laynerləri ilə daşıyır. Qatar Airways aviaşirkəti bir avtomobilin Dubaydan Londona daşınması üçün müştəridən 25 min dollar alır.
Turki bin Abdulla bu dəfə Londona 430 min dollarlıq Mercedes G63, 310 min dollarlıq Bently Flying Spur, 460 min dollarlıq Rolls-Royce və 405 min dollarlıq Lamborghini Aventador SV avtomobillərini aparıb.




Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR












