Banner

Qonşu ölkələr arasında benzin ən baha Azərbaycanda satılır - SİYAHI

Avtoxəbər 14 Aprel 2023 20:00 Oxunub 4996
Qonşu ölkələr arasında benzin ən baha Azərbaycanda satılır - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 6-cı sırada qərarlaşıb. 

"Autotraveler” portalının məlumatına görə, hazırda “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,58 avro (1,08 manat) təşkil edir.

Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Norveç hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,08 avroya (3,9 manat) satılır.

Avropa ölkələri arasında 6-cı sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,08 avro) bərabərdir.

Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 5 ölkə var – Rusiya, Belarus, Gürcüstan, Ermənistan və Türkiyə.

Hazırda Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti aşağıdaki kimi olub:

Rusiya – 0,58 avro
Belarus – 0,78 avro
Gürcüstan – 0,97 avro
Ermənistan – 0,97 avro
Türkiyə– 1,06 avro
Azərbaycan – 1,08 avro
Ukrayna – 1,17 avro
Moldova – 1,26 avro
Bolqarıstan – 1,31 avro
Malta – 1,34 avro
Rumıniya – 1,34 avro
Şimali Makedoniya – 1,35 avro
Bosniya və Herseqovina – 1,36 avro
Sloveniya – 1,37 avro
Xorvatiya – 1,39 avro
Kipr – 1,41 avro
Polşa – 1,44 avro
Andorra – 1,48 avro
Slovakiya – 1,51 avro
Serbiya – 1,52 avro
Monteneqro – 1,56 avro
Litva – 1,57 avro
Avstriya – 1,58 avro
Çexiya – 1,58 avro
İrlandiya – 1,58 avro
Latviya – 1,59 avro
Lüksemburq – 1,60 avro
Macarıstan – 1,62 avro
İspaniya – 1,63 avro
Albaniya – 1,64 avro
Böyük Britaniya – 1,69 avro
Estoniya – 1,69 avro
Portuqaliya – 1,75 avro
İsveç – 1,81 avro
İsveçrə – 1,83 avro
Belçika – 1,85 avro
İtaliya – 1,88 avro
Almaniya – 1,88 avro
Yunanıstan – 1,93 avro
Danimarka – 1,95 avro
Fransa – 1,96 avro
Finlandiya – 2 avro
İslandiya – 2,03 avro
Niderland – 2,037 avro
Norveç – 2,08 avro

(azmedia.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh