Qoymuyun, üstümüzə İrasim gəlir – 10 OX 006-dan kobud qayda pozuntusu - VİDEO

Bakıda bahalı avtomobil sürücüsünün kobud qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Hadisə oktyabrın 1-də baş verib. Videoda qiyməti təxminən 500 min dollar olan «Aston Martin» markalı, 10 OX 006 dövlət nömrə nişanlı avtomobilin qarşı yola çıxıb təhlükəli vəziyyət yaratması əksini tapıb. Diqqət etdikdə görünür ki, avtomobil təxminən 200 metr məsafədə qarşı yola çıxaraq sürətlə hərəkət edir. Bununla o, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur, qəza şəraiti yaradır.
Qeyd edək ki, bu əməlinə görə həmin sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat-4 bal cərimə gözləyir. Əgər burada avtomobilin sürət həddini aşdığını qeydə alan radar varsa, o zaman məsələyə bir qədər fərqli yanaşmaq olar. Dövlət Yol Polisinin bu sürücü ilə bağlı müvafiq addım atacağına ümid edirik.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











