Quba-Xaçmaz avtomobil yolu bağlana bilər - FOTO

Quba-Xaçmaz avtomobil yolu bağlana bilər. Avtosfer.az "report"a istinadən bildirir ki, buna səbəb Xaçmazdan Qubaya gedən yolun 2-ci km-liyində təhlükə yaranmasıdır. Belə ki, artıq 15 gündür magistralın alt hissəsindən keçən "Xan arxı"ı su kanalının üzərindəki yolda çökmə müşahidə olunur. Sürücülər bildirirlər ki, hər gün yol yatır və avtomobillərin qabaq hissəsi su kanalının üzərindən sürətlə keçərkən asfalt betona dəyir. Sürücülər və kənd sakinləri hər an su kanalının üzərindəki yolun çökə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər: "Əgər "Xan arxı" çöksə, Xaçmaz suyun altında qala bilər".
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanov "Report"a açıqlamasında bildirib ki, məsələylə bağlı Xaçmaz 5 Saylı Yol İstismar İdarəsinə (Yİİ) tapşırıqlar verilib: "Aprelin 29-da "Xan arxı" su kanalının üzərindəki yoldakı çökmə problemi aradan qaldırılacaq".
Qeyd edək ki, Armudpadar kəndi ərazisindən keçən "Xan arxı" ilə uzun illərdir Ceyranbatan su anbarına su ötürülür.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR


















