“Qulluq tələb etməyən elektromobil”: ƏFSANƏ, YOXSA REALLIQ

Dilerlər, satıcılar və alverçilər elektromobil almaq istəyənləri adətən bu “arqumentlərlə” inandırırlar: yağ dəyişməyə, antifriz dəyişməyə, servisə getməyə ehtiyac yoxdur. Ancaq cərəyan doldur və sür.
Doğrudur, burda müəyyən qədər həqiqət payı varsa da, elektromobilin heç bir qulluq tələb etməməsi iddası yumşaq desək yalandır. Elektroimobilin bir çox komponenti quruluş etibarı ilə elektromobildən fərqlənmir. Deməli, texniki qulluq şərtdir. Hətta bəzən daha çox qulluq tələb olunur. Texnologiya nə qədər təkmilləşsə də, istənilən mexaniki konstruksiya az və ya çox miqdarda texniki qulluq tələb edir.
Avtosfer.az xəbər verir ki, elektromobildə ən çox qulluq tələb edən hissə və sistemlər aşağıdakılardır:
1. Tormoz sistemi. Daxiliyanma mühərrikli avtomobillə elektromobilin tormoz sisteminin detalları eynidir. Hər ikisində maye, qəliblər, dist, support var. Sadəcə olaraq elektromobil daha ağır olduğundan bu detallara daha çox güc düşür və aşınır. Rekuperativ tormozlamadan düzgün istifadə edilməklə detalların ömrünü uzatmaq mümkündür.
2. Təkərlər. Elektromobil daha cəld və ağır olduğu üçün təkərlər daha sürətlə yeyilir. Hətta bu texnika üçün xüsusi təkərlərin hazırlanması da problemi həll etməyib. Axı fizika qanunlarını heç kim dəyişə bilmir.
3. Minik avtomobillərində asqı sistemi mühərrik tipinə görə dəyişmir. Təkərlərdə olduğu kimi burada da böyük kütlə detalların tez sıradan çıxmasına səbəb olur.
4. İşıq cihazları. Ucuz elektromobil sahibləri üçün işıq cihazları vaxtaşırı başağrısına çevrilir. Bahalı modellərdə isə onlar gec sıradan çıxır, amma onların dəyişdirilməsi çox baha başa gəlir.
5. Qış vaxtı elektromobil salonunu qızdırmaq və ya yada soyutmaq ciddi işdir. Çünki kondisioner elektriki həddən artıq sərf etdiyi üçün maşının gediş ehtiyatı azalır. Yaxın aylarda Bakı küçələrində də elektromobildə palto ilə oturmağa məcbur olan sürücü və sərnişinləri görəcəyik.
Nəhayət, əksər ölkələrdə elektromobil sahibləri üçün ən böyük problem keyfiyyətsiz servis, bacarıqsız ustalardır.
Bəs görəsən Azərbaycanda vəziyyət necədir?
Vüqar Yaşaroğlu
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ










