Qumarla “BMW” aldığı deyilən azərbaycanlı danışdı: "Bu, biabırçılıqdır" - FOTO

Dünən ölkə mətbuatı qumardan 4,5 milyon rubl udub özünə “BMW” və digər bahalı əşyalar alan azərbaycanlı tələbədən yazıb. Avtosfer.az xəbər verir ki, barəsində danışılan Hüseyn Rzazadə bütün bunların ağ yalan olduğunu açıqlayıb: "Guya ki, mən “BMW” almışam qumar hesabına. Ruslar hansısa onlayn qumar saytını reklam etmək üçün hekayə uydurub, mənim fotolarımdan istifadə edərək cəfəng bir yazı hazırlayıblar. Bizin yerli saytlar da araşdırmadan həmin yazını tərcümə edərək tirajlayıblar. Yalandan özlərindən hekayə qurublar bu ruslar öz onlayn qumar saytlarını reklam etmək üçün və bizim saytlar da onların xəbərlərindən yararlanaraq tərcümə edib bütün xəbər portallarında mənim şəkillərimdən istifadə edərək yayıblar. Bildirirəm ki, mənim adım həmin yazılarda qeyd edildiyi kimi Cabbar Nəsibov yox, Hüseyn Rzazadədir. Bu avtomobil isə bir ildir ki, məndədir, qumar hesabına yox, zəhmətim hesabına almışam. Ümumiyyətlə, bütün uğurlarıma görə zəhmət çəkmişəm. Yazılanlar uydurma və cəfəngiyyatdır, məni tanıyanlar necə biri olduğumu bilirlər. Bu, biabırçılıqdır".
Fuad
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi














