Ramil Usubovdan FETÖ açıqlaması

Azərbaycanın daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı Efkan Ala ilə görüşüb. Aznews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada baş tutan görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. R. Usubov 15 iyul hərbi çevriliş cəhdindən sonra görülən işlərin müzakirə edilməsi və bundan sonra atılacaq addımlar barədə danışmaq üçün Türkiyədə olduğunu bildirib. Usubov FETÖ-nün Azərbaycandakı qruplaşmasına qarşı bundan sonra da lazımi tədbirlər görüləcəyini qeyd edib: “Bu eyni zamanda Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra bu problemlərin aradan qaldırılması üçün bizim üzərimizə düşən nə varsa, yüksək səviyyədə yerinə yetirəcəyik. Bu çevriliş cəhdində şəhidlik zirvəsinə yüksəlmiş bütün Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara təcili şəfalar diləyirəm”.
Efkan Ala da mətbuat konfransında çıxış edərək Azərbaycan-Türkiyə Daxili İşlər Nazirlikləri arasındakı münasibətlərdə terrorla mübarizənin başlıca istiqamət olduğunu bildirib: “Hər cür terror təşkilatına qarşı təsirli bir iş birliyimiz var. Bu, FETÖ-nün da ölkələrimizdəki fəaliyyətlərinin davamlı dayandırılması, köklərinin qazılması məsələsində əməkdaşlığımız davam edir. Bundan sonra da məlumat mübadiləsi, kəşfiyyat paylaşımı və görüləcək tədbirlər barədə tam bir fikir birliyi içərisində olacağıq”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










