"Range Rover"ə çoxavazlı səs siqnalı quraşdıran sürücü məhkəməyə verildi - CƏRİMƏLƏNDİ

Mingəçevir şəhərində "Range Rover" markalı avtomobilinə yüksək səslə çalınan çoxavazlı səs siqnalı quraşdıran sürücü saxlanılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1979-cu ildə Mingəçevirdə anadan olmuş V.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məlum olub ki, yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobildə icazəsiz şəkildə yüksək səslə çalınan çoxtonlu siqnalın quraşdırılması barədə raport hazırlanıb. Qanunsuz səs siqnalı nəqliyyat vasitəsindən sökülüb. Məhkəmədə V.F. törətdiyi inzibati xətanı etiraf edərək, onun barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülməsini xahiş edib. Məhkəmənin qərarı ilə sürücü 500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları, eləcə də operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi, yaxud dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğular, sürət ölçmə cihazlarının işinə mane olan texniki vasitələr (antiradar və s.) quraşdırılması, həmçinin əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi – həmin vasitələrin müsadirə olunması şərti ilə 500 manatdan 800 manatadək cərimə ilə nəticələnir.
Avtomobil nömrəsini itirən sürücü nə etməlidir?
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO
30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO
“Zeekr” özbəkləri belə ziyana salır
Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Elektromobil polisin işinə yaramadı
12 000 manata təzə elektromobil
“Opel” və “Fiat” Çin platformasında istehsal edilə bilər
Özbəkistanda avtomobil istehsalında ciddi artım










