Rayonlara gedən taksilər qiyməti bahalaşdırdı: NARAZILIQ

Tarif Şurası tərəfindən "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq ediləndən sonra regionlara gedən taksi qiymətlərində artım olub. Cebhe.info-nun verdiyi məlumata görə, Bakıdan Şamaxıya sərnişin aparan taksilər əvvəl müştəridən 5 manat tələb edirdilərsə, hazırda bu rəqəm 8-9 manat arasında dəyişir. Taksi sürücüləri bunu benzinin qiymətinin qalxması ilə əlaqələndiriblər. Bu isə Şamaxıya gedən sərnişinlər arasında ciddi narazılıq yaradıb. Sərnişinlərdən birinin dediyinə görə, vaxtaşırı bu yoldan istifadə edir və xidmət haqqının birdən-birə bu qədər bahalaşması düzgün deyil.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












