Reaktiv təyyarə ilə LTE-ni yoxladılar

"LTE" standartlı şəbəkələr istifadəçi yüksək sürətlə hərəkət edəndə də yüksəksürətli bağlantını və stabilliyi təmin edə bilir. Bu qənaətə "LTE" şəbəkəsinin keyfiyyətini reaktiv təlim təyyarəsi vasitəsilə yoxlayan İsveçin "Ericsson" şirkətinin mütəxəssisləri gəliblər.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, böyük sürətlər siqnalın verici və qəbuledici arasında keçməsinin yubanmasına təsir edə bilər. Məsələn, baza stansiyası istiqamətində hərəkət zamanı ondan mobil telefona siqnal telefondan baza stansiyasına ötürüləndən daha sürətli olacaq. Bundan başqa, rabitə keyfiyyətinin pisləşməsi hərəkətdə telefonun bir mobil stansiyadan digərinə keçməsi zamanı baş verir.
Məlumata görə, "Ericsson" şirkətinin mütəxəssisləri tərəfindən eksperiment üçün reaktiv təlim təyyarəsi icarəyə götürülərək göyərtədə "LTE" şəbəkəsinə adi modemlər vasitəsilə qoşulan kompüterlə təchiz olunan mühəndis yerləşib. Təyyarə 300 metr hündürlükdə saatda 700 kilometrədək sürətdə uçuşlar yerinə yetirib.
Uçuş zamanı rabitə kəsintisi qeydə alınmayıb. Saatda 700 kilometrə yaxın sürətlə uçuş zamanı məlumatların maksimal ötürmə sürəti saniyədə 19 meqabit təşkil edib. Bununla yanaşı, siqnalın keçilməsində nəzərəçarpacaq yubanmanın artması baş verməyib. Bundan əlavə, modemlərin baza stansiyasından digərinə keçirilmə sürəti kifayət qədər yüksək (məsələn, fasiləsiz videoya baxmağa imkan verib) olub.
Bildirilir ki, təcrübə zamanı şirkət, həmçinin Dopler effektinin rabitənin keyfiyyətinə təsirini yoxlayaraq onun "LTE" şəbəkəsinin bağlantı sürətinə təsir göstərməməsi nəticəsinə gəlib. Dopler effekti obyektin hərəkət sürətindən asılı olaraq qəbuledici tərəfindən qəbul edilən siqnalın tezlik dəyişikliklərində özünü göstərir. Qəbuledici istiqamətində hərəkət zamanı siqnal artır, ondan uzaqlaşdıqda isə azalır.
Qeyd edək ki, mobil rabitə şəbəkəsində qəbuledici və vericinin müəyyən tezlikli siqnalın qəbulu və göndərilməsi üçün nəzərdə tutulması səbəbindən Dopler effektinin mobil rabitənin keyfiyyətinə təsir göstərməsi barədə fikirlər geniş yayılıb. Dopler effektinə görə tezliyin dəyişməsi ötürülən siqnal tezliyinin dəyişməsinə səbəb olur ki, bu da rabitədə maneələr yarada və ya onu tam poza bilər.
Orxan
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












