Rəşad Dağlının "Niva"sı satılır? - VİDEO - YENİLƏNİB

Sosial şəbəkədə hazırda həbsxanada olan məşhur meyxanaçı Rəşad Dağlının “Niva” markalı avtomobilinin satışa çıxarılması ilə bağlı məlumat yayılıb.
“Qaynarinfo” məlumatı dəqiqləşdirmək üçün meyxanaçı Cahangeşt Ələkbərli Balaxanı ilə əlaqə saxlayıb.
Meyxanaçının köməkçisi Rəşad Dağlının avtomobilinin çoxdan satıldığını qeyd edib: “Niva” hardasa 6-7 ay bundan əvvəl satılıb”.
Qeyd edək ki, Rəşad Dağlı İsgəndər Mehdiyevi qətlə yetirməyə gedərkən bu avtomobillə gedib. Bu cinayətə görə Rəşad Dağlı məhkəmənin qərarı ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
***
Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının "Niva" markalı avtomobili satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu haqda video sosial şəbəkədə yayılıb. Bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, qətl hadisəsini törədərkən "Niva" markalı avtomobillə gedib.
(axsam.az)
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











