“Robot karopka” maşın sürənlərin nəzərinə: Bunu mütləq bilməlisiniz

Azərbaycanda avtomat ötürücülü avtomobillər artıq mexaniki ötürməli modelləri sayca qabaqlayır. Lakin sürücülər son model, yəni variatorlu və robotlaşmış sürət qutularına çox da maraq göstərmirlər. Bu aqreqatların etibarsız olması barədə artıq bir çox sürücüdə daşlaşmış fikir yaranıb. Bəs robotlaşdırılmış sürət qutusu həqiqətənmi etibarsızdır? Bunu qorumağın yolları yoxdurmu?
Avtosfer.az rus mənbələrinə istinadla xəbər verir ki, əslində robotlaşdırılmış sürətlər qutusu kifayət qədər etibarlı aqreqatdır. Pis rəyin yaranma səbəblərini istehsal keyfiyyətindən daha çox, istismar keyfiyyətində axtarmaq lazımdır. Nə qədər qəribə olsa da, aşağı keyfiyyətli yanacaq bu aqreqatların ömrünü qısaldır. Xüsusən də benzin mühərrikli modellərdə müşahidə olunur. Səbəb isə detonasiyadır. Mühərrikdə silkələnmə və titrəyişin artması ötürmələr qutusunun resursunu azaldır.
Burda bir haşiyə çıxaq: Azərbaycanda sürücülərin böyük əksəriyyəti 95 oktan nəzərdə tutulan mühərriklərdə 92 oktanlı benzin istifadə edir. Bir çox sürücü özünü 92 oktanın daha yaxşı olduğuna inandırıb. Bu yanacağın detonasiyaya davamlılığı aşağı olduğundan həm mühərrikin, həm də robotlaşdırılmış sürət qutusunun ömrünü qısaldır. Lakin sürücülər bütün hallarda istisnasız olaraq istehsalçını ittiham edirlər.
Bununla belə, robotlaşdırılmış sürət qutusunun uzunömürlü olması üçün sürücülük vərdişləri dəyişməlidir.
Səhər hərəkətə başlamazdan əvvəl mühərriki bir neçə dəqiqə işlətdikdən sonra yola çıxmaq;
Hərəkətə başlayarkən D və R rejimini tormoz pedalı basılı halda seçilmək;
Hərəkətə başladıqda kəskin qaz verməməli, “işıqfordan birinci ayrılım” fikri kənara atılmalıdır;
Pis yollarda, sərt eniş və yoxuşda mütləq aşağı ötürməyə keçilməlidir;
Mexaniki ötürmədən fərqli olaraq robotlaşdırılmış sürət qutusu ilə neytral rejimdə üzüaşağı hərəkət etmək olmaz. Çünki neytraldan D rejiminə hərəkət vaxtı keçmək bir anda bütün dişli çarxları sıradan çıxara bilər.
Robotlaşdırılmış sürət qutusu olan avtomobildə yedəyəalmadan qaçmaq zəruridir. Bu maşınlar hansısa qoşqu dartmaq və ya xarab olmuş digər avtomobili servisə qədər dartmaq üçün nəzərdə tutulmayıb.
Bu tövsiyələrə əməl edilərsə robotlaşdırılmış sürət qutusu on minlərrlə kilometr problemsiz istismar oluna bilər. Əməl etmək istəməyənlər isə mexaniki ötürməli avtomobil alsa daha yaxşı olar.
Müəllif: Vüqar Yaşaroğlu
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










