Rövşən Lənkəranskinin öldürüldüyü avtomobil Bakıya gətirildi - FOTO

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır. Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib. Əldə etdiyimiz məlumata görə, avtomobil "qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır. Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyev("Rövşən Lənkəranski”) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












