Rusiya şirkəti Azərbaycanda “Kamaz” brendindən - “İMTİNA EDİB”

Rusiya “Kamaz”nın Azərbaycandakı törəmə şirkəti – “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidentinin adı dəyişib.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, “Kamaz Lizinq Azərbaycan” MMC bundan sonra “Avto Lizinq Azərbaycan” MMC kimi fəaliyyət göstərəcək.
Şirkətin adının dəyişdirilməsinə Rusiya Federasiyasına dünya ölkələri tərəfindən tətbiq edilən sanksiyaların səbəb olduğu ehtimal edilir.
Lakin əldə olunan məlumata əsasən, şirkət ölkədə fəaliyyətini davam etdirəcək.
Bununla belə, şirkətin direktoru Rofel Qurbanov Qasım oğlu vəzifəsini tərk edib. Onu bu vəzifədə Fəxri Həsənov Şaliq oğlu əvəzləyib.
Şirkət Rusiyanın yük avtomobilləri istehsal edən “Kamaz” Publik Səhmdar Cəmiyyətinin kapitalı ilə 2021-ci ilin oktyabrında təsis edilib. O hazırda 1 699 000 manat nizamnamə kapitalına sahibdir.
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










