Reklam

"Rüsumun artırılması maşının bahalaşmasına səbəb olur" - EKSPERT

Avtoxəbər 4 Dekabr 2018 13:10 Oxunub 1294
"Rüsumun artırılması maşının bahalaşmasına səbəb olur" - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Müəyyən avadanlıqların, detalların, ehtiyat hissələrinin Azərbaycanda yığılması vacibdir"

Azərbaycanda avtomobil istehsalı artıb. 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb. Bununla yanaşı müvafiq dövr ərzində 1 220 ədəd traktor, 610 ədəd minik avtomobili istehsal olunub.

Vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, Azərbaycanda avtomobil sənayesi təzə-təzə inkişaf edir: "Azərbaycanda avtomobil istehsalının 26.5 dəfə artması bazarda o qədər də böyük yer tutmur. Hazırda "NazLifan” avtomobillərini alırlar., "Xəzər” avtomobilinə sifarişlər olur. İqtisadiyyat naziri bununla bağlı müəyyən açıqlamalar verib. Lakin onların bazarda dövriyyəsinin çox olduğunu demək bir az çətindir. Ölkədə daha çox xaricdən gətirilən maşınlara üstünlük verilir. Amma son vaxtlar Azərbaycana kənardan gətirilən avtomobillərin rüsumları artırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu tendensiya da avtomobil bazarında qiymət artımına səbəb olur. Bu prosesin bu ilin sonuna və gələn ilin yanvar, fevral, mart aylarında da davam edəcəyi gözlənilir. Demək olar ki, bu halı hər il müşahidə edirik. İlin sonunda belə artımlar baş verir, mart ayına qədər davam edir. Hər il demək olar ki, xaricdən gətirilən avtomobillərin rüsumlarında dəyişikliklər edilir. Bu da istər-istəməz maşın bazarında qiymət artımına yol açır. Eyni zamanda yaranmış vəziyyətdən avtomobil alverçiləri, bazardakı dəllalar öz xeyrinə istifadə edir. Hazırda bazarda vəziyyət bir az normaldır. Sadəcə, avtomobil sənayesinin inkişafından söhbət gedirsə, müəyyən avadanlıqların, detalların, ehtiyat hissələrinin Azərbaycanda yığılması vacibdir. Məsələn, biz "Mercedes” markalı avtomobil istehsal etməsək də, çalışıb onun ehtiyyat hissələri zavodunu aça bilərik. Eyni zamnda bu tendensiyanı digər avtomobil markaları istiqamətində aparsaq çox yaxşı olar. Ölkəmiz istehsal etdiyi ehtiyat hissələrini başqa ölkələrə də ixrac edə bilər".

Hazırda Azərbaycana Almaniya və Çindən işlənmiş təkərlərin gətirildiyini söyləyən ekspert diqqətə çatdırıb ki, vaxtilə ölkəmizdə də təkər istehsalı olub: "Fikirimcə, indi də bunun müəssəsini yaratmaq olar. Bu iş vətandaşlarımız üçün də sərfəli olar. Təsəvvür edin ki, biz Azərbaycanda təkər istehsalı zavodu qursaq, bir işlənmiş alman təkərinin qiymətinə öz istehsalımız olan iki yeni təkər ala bilərik. Hazırda Naxcıvanda belə bir zavod var. Orada iri həcimli yük maşınlarının təkərlərini yenidən bərpa edib, satırlar. Və onların satdıqları məhsulların qiyməti çox sərfəlidir. Bu kimi zavodların sayını artırsaq, çox faydalı iş görmüş olarıq. Hətta bununla xaricə investisiya axınının qarşısını alarıq. 

Nə qədər ölkədə yeyinti sənayesinin zavodlarını, şadlıq evi, restoran, bar, əyləncə mərkəzi açmaq olar? O kimi zavodlarla yanaşı avtomobil ehtiyat hissələrinin də müəssisələrini açmalıyıq. İnsanların əlinə pul düşən kimi çörək zavodu, bulka sexi, market, şərab istehsal edən müəssisə yaradır. Hazırda nəqliyyat sferasında da çox gəlir var. Məncə, insanlar bu istiqamətə maraq göstərsə, çox yaxşı olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh